İsrailin Qəzza zolağından genişmiqyaslı təxliyə əmrindən sonra HƏMAS fələstinliləri evlərində qalmağa çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə HƏMAS-ın qaçqınlarla iş üzrə idarəsi məlumat yayıb.
“Şimal ərazisinin sakinləri işğalçıların apardığı bu iyrənc psixoloji müharibə qarşısında öz evlərində qalmalı və möhkəm dayanmalıdır”, – məlumatda qeyd olunub.