Qəzza zolağında humanitar fasilənin uğursuzluğuna görə günah 17 qadın və uşağı girovlardan azad etməkdən imtina edən HƏMAS-dadır.
AzerTimes xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Onun sözlərinə görə, tərəflər arasında atəşkəs razılaşması konkret şərtlər əsasında bağlanıb:
“HƏMAS oktyabrın 7-də girov götürülən bütün qadın və uşaqları azad etməlidir. HƏMAS bu razılaşmanı pozdu. O, oğurlanan 80 şəxsi təhvil verəndən sonra əlində olan 15 qadını və iki uşağı geri qaytarmaqdan imtina edir”.