HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib.
AzerTimes xəbər verir ki, bu barədə HƏMAS-dan məlumat verilib.
Məlumata görə, ana və qız övladı azad olunub.
Qeyd edək ki, İsrail HƏMAS-ın Qəzza zolağında 203 mülki vətəndaşı girov saxladığını bildirib.