İsrail fələstinliləri azad edəcəyi təqdirdə biz də israilli girovları azad etməyə hazırıq.
AzerTimes xəbər verir ki, bunu HƏMAS lideri Usama Hamdan deyib.
“İsrail məhbuslarımızı azad edərsə, HƏMAS da saxladığı məhbusları azad edəcək. Biz vasitəçilərin təcavüzün dayandırılması və məhbusların mübadiləsi ilə bağlı təkliflərini çox ciddi qəbul edirik”, – deyə o bildirib.