Həm Qərb, həm də Kremlin təklifi Bakını qane etmir…

Həm Qərb, həm də Kremlin təklifi Bakını qane etmir…

Paşinyanın açıqlamaları bunu deməyə əsas verir ki, Qərb və Rusiyanın “sülh təklifləri”nin heç biri Azərbaycan üçün tam məqbul deyil:

– Qərb “Xankəndi-Bakı mexanizmi”nə dəstək verir və bu, separatçıları “tərəfə” çevirə, o cümlədən, “etnik münaqişə” məsələsini yenidən aktuallaşdıra bilər;

– Rusiya Qarabağda daha uzunmüddətli qalmaq məqsədilə “qarant” olmaq və separatçıların müdafiəsini davam etdirmək niyyətindədir.

Əvvəl də yazdığımız kimi, Ermənistan müharibədən sonra razılaşmaların icrasını uzatmaqla geosiyasi proseslərin dəyişməsinə ümid edirdi. Hazırda bu dəyişikliyi müşahidə edirik və zaman bizim əleyhimizə işləyir. Xankəndidəki separatizmə qarşı daha praktiki addımlara ehtiyac var, hərbi müstəvidən tutmuş həyat şərtlərinin çətinləşdirilməsinə qədər.

Bu gün separatçılar mitinqə hazırlaşır: qondarma “parlament” rejimin gələcək mövcudluğu haqda iclas keçirəcək, daha sonra meydanda çıxış edəcəklər; 1988-ci ilin separatizm hərəkatının başlandığı hadisələrin analogiyası müşahidə edilir və aydın görünür ki, “Qarabağ münaqişəsi”nin “etnik münaqişə” kimi davam etdirilməsi planını icra etmək cəhdləri var.

Teqlər: