Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var

Finlandiyanın paytaxtı Helsinkidə koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, aksiya şəhərin mərkəzində Senat meydanında təşkil edilib.

Məlumata əsasən, etirazçılar əraziyə cəlb edilən polis əməkdaşlarının əmrlərinə tabe olmayıblar və nəticədə 17 nəfər saxlanılıb.


Bildirilir ki, hazırda qüvvədə olan məhdudiyyətlərə əsasən paytaxtda altı nəfərdən çox qrup halında toplaşmaq qadağandır və aksiya iştirakçıları bu tələbi yerinə yetirməyiblər.