Mütəxəssislərin fikrincə, bu günlərdə Rusiya ilə Ukrayna arasında bütün münaqişə dövrü üçün həlledici döyüş baş verə bilər.
Bu barədə AzerTimes-a açıqlamasında rusiyalı hərbi ekpert Alexander Sladkov bildirib.
Onun sözlərinə görə, bu həlledici döyüşdən çox şey asılı olacaq.
“31 dekabr 2022-ci il Rusiya ilə Ukrayna arasında müharibənin son günü olacaq, yoxsa qarşıdurma 2023-cü ildə də davam edəcək? Bu və ya digər suallar hazırda demək olar ki, bütün dünya ictimayətini maraqlandırır. Amma şəxsən mənim fikrimcə, hər şey nüvə müharibəsi ilə bitəcək. Əvvəlcə həlledici döyüş, onun nəticəsindən aslı olaraq isə nüvə zərbəsi…” – deyə o qeyd edib.
Digər bir mütəxəssis, Rusiya Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin müstəqil analitiki Yevgeni Satanovski də öz növbəsində vəziyyətin gələcək inkişafı üçün mümkün ssenarini təklif edib.
Satanovski deyir ki, Rusiya Zelenskiyə “möhlət” verməməlidir, çünki prezident Ukraynanı ən yeni Qərb silahı ilə təmin etmək üçün belə bir fürsətdən istifadə edə biləcək. Bundan əlavə, Polşa ordusunun Kiyevin köməyinə gəlməsi tam olaraq real görünür. Bu hadisələrin mümkün inkişafının bir variantıdır.