Helikopter zədələnib, bir neçə hərbçi yaralanıb – Tramp

Helikopter zədələnib, bir neçə hərbçi yaralanıb – Tramp

Nikolas Maduro və xanımının ələ keçirilməsi əməliyyatı zamanı ABŞ-a məxsus helikopter zədələnib, bir neçə hərbçi isə yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“Əməliyyat o qədər sürətli həyata keçirilib ki, Maduro qorunan “bunker”də gizlənməyə belə imkan tapmayıb. Yer üzündə belə bir əməliyyatı həyata keçirə biləcək başqa heç bir ölkə yoxdur”, – Tramp qeyd edib.

Teqlər: