Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz – Elçin Quliyev

Xəbər - Çingiz Səfərli – Trend:

Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz.

Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hadisənin səbəbləri haqda hələlik dəqiq bir şey demək mümkün deyil.

“İlkin məlumatlar haqqında onu demək istəyirəm ki, pilot polkovnik Fizuli Cavadov ən yüksək səviyyədə, ağır şəraitdə uçuşlarda təcrübəsi olan pilotumuz idi. Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. O ki qaldı helikopterin sazlığına, helikopter təzə idi və qısa müddət əvvəl təmir işləri aparılıb.

Hazırda qara qutunun hissələri Baş Prokurorluqdadır və onun üzərində araşdırmalar aparılacaq, hadisənin baş vermə səbəbi daha da dəqiqləşəcəkdir”, – deyə E.Quliyev qeyd edib.

Teqlər: