“Helikopter qəzası ilə bağlı şayiələr yayanlar var və onlar qanunla cəzalandırılacaqlar”.
Baş prokuror Kamran Əliyev AzTV-yə özəl açıqlamasında belə deyib.
Baş prokurorun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və əhatəli araşdırılacaq, hadisənin səbəbi, baş verdiyi şərait istintaq zamanı öyrəniləcək, ictimaiyyətə ətraflı məlumat veriləcək: “Bununla yanaşı, təəssüflər olsun ki, bəzi şəxslər bu hadisədən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd göstərir. Onlar heç bir fakta söykənməyən şayiələr yayırlar. Bu şəxslər barəsində qanunla nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcək”.
AzerTimes-ın məlumatına görə, Cəsarət Qənbərlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Helikopter qəzası ilə bağlı yayılan şayiələr” mövzusu ətrafında müzakirə aparılıb.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: