Helikopter qəzası bizim üçün ağır hadisədir – Millət vəkili

Helikopter qəzası bizim üçün ağır hadisədir – Millət vəkili

İran prezidenti və başqa rəsmilərin həlak olduğu təyyarə qəzası hakimiyyət üçün ağır hadisədir.

AzerTimes xəbər verir ki, bunu Tehran şəhərinin İran parlamentindəki nümayəndəsi Mustafa Mir Səlim X səhifəsində yazıb.

O, İran prezidentinin səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbirə müraciət edərək, qəzanın araşdırılmasını istəyib:

“Cənab Müxbir, prezident və həmkarlarının ölməsi ilə nəticələnən xətaların səbəbləri barədə araşdırmaların aparılması prioritet olmalıdır. Bu, sistemimiz üçün çox ağır ziyandır”, – Mir Səlim qeyd edib.

Teqlər: