Suriyanın Hələb şəhərində təxliyə avtobuslarının dayanacağında partlayış törədilib. Partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
“Suriya mülki müdafiə” qeyri-hökumət təşkilatının məlumatına əsasən, hadisə nəticəsində 55 nəfər yaralanıb.
Ölənlər arasında xeyli sayda qadın və uşaq var.
Hadisə şəhərin qərbində, şiələrin yaşadığı Fua və Kefrayadən təxliyə edilən insanları daşıyan avtobusların yanında törədilib. Məlumata görə, terroçu-kamikadze avtomobilini avtobusların yanında partladıb.
Qeyd edək ki, Fua və Kefraya kəndləri üç ildən çoxdur mühasirədədir. Həmin yaşayış məntəqələrində 20 minədək insan yaşayır. Məlumata görə, üç ildə terrorçular 400-ü uşaq olmaqla iki min nəfəri öldürüb. Fua və Kefrayadan insanların təxliyə olunmasına dair hökumətlə terrorçular arasında razılıq əldə olunub. Ötən gün Hələbə 75 avtobusdan ibarət maşın karvanı gəlib, beş minə yaxın insanı təxliyə edilib.
Dəhşətli video-görüntünü sizlərə təqdim edirik. (Ürəyi zəif şəxslərin baxması tövsiyyə edilmir.)