Hələ ikinci turdan danışmaq tezdir.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə lideri, Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonrakı balkon çıxışında deyib.
O bildirib ki, xaricdə verilən səslər hesablandıqdan sonra seçkinin birinci turda bitib-bitmədiyi aydınlaşacaq.
Ərdoğan bildirib ki, millət istəyərsə, demək, ikinci tur da olacaq.
Buna baxmayaraq, Ərdoğan parlamentdə çoxluğa sahib olmalarının ciddi nəticə olduğunu vurğulayıb.
Qeyd edək ki, Cümhur İttifaqı parlament yerlərinin çoxunu əldə edib.