Hələ əsas qüvvələrimiz döyüşə girməyib – General

Hələ əsas qüvvələrimiz döyüşə girməyib – General

Ukrayna ordusunun hücum ehtiyatının əsas qüvvələri hələ döyüşə buraxılmayıb.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski bildirib.

“Hər kəs dərhal böyük bir qələbə qazanmaq istəyir. Biz də… Amma hazır olmalıyıq ki, bu proses müəyyən vaxt aparacaq, çünki hər tərəfdə çoxlu qüvvələr, çoxlu texnika və çoxlu süni maneələr cəmləşib.

Demək istəyirəm ki, bizim əsas qüvvələrimiz hələ döyüşlərdə iştirak etməyib və biz indi düşmənin müdafiəsində zəif nöqtələri axtarır, axtarırıq. Hər şey hələ qabaqdadır”, – komandan qeyd edib.

Teqlər: