II Dünya müharibəsindən sonra Almaniya dörd sektora bölünüb və bu sektorlar ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin nəzarətində olub.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskva Dövlət Universitetinin tələbələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, ABŞ işğal statusunun ləğvini rəsmiləşdirməyib:
“Sovet İttifaqı bu işğal statusunun sona çatmasını rəsmiləşdirdi, lakin ABŞ bunu etmədi. Düzünü desək, rəsmi olaraq, Federal Respublika ərazisində Amerikanın işğalçı qoşunları var”.