Həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı – Foto

Həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı – Foto

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş, Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.

Onun nəşi Rusiyanın Komsomolsk-Amur şəhərində dəfn edilib.

Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.

Hərbçinin nəşi 2 ay sonra tapılaraq ailəsinə təhvil verilib.

Teqlər: