Həkimlərimizlə qürur duyuruq

Xocavənd qəsəbəsində şəhid, qazi və aztəminatlı ailələrin tibbi
müayinəsi məqsədilə Azərbaycan Tibb Universiteti Onkoloji
Klinikasının təşəbbüşü ilə Bakı şəhərinin müxtəlif klinikalarında
çalışan 20 ixtisas üzrə 32 həkimin iştirakı ilə 400-dən çox
vətəndaşın skrininq müayinəsi olundu. Aksiya “Nargis” Fondunun
əməkdaşlarının müşaiyəti ilə həyata keçirildi. Vətəndaşların
skrininq müayinəsi Səbinə Rəhimovanın maddi dəstəyi ilə
gərçəkləşdi.

Vətəndaşlar Bakı şəhərindən gətirilmiş portativ usm, ekq və Exo
cihazları ilə müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunub
təyin edilən dərman preparatları ilə yerindəcə təmin edildilər.
Həmçinin 85 xəstənin müxtəlif növ qan analizləri (bir sıra hormon
və biokimyəvi analizlər) ATU Onkoloji Klinikanın əməkdaşları
tərəfindən qurulmuş laboratirayada müayinə edildi.

Qeyd edək ki, daha öncə Azərbaycan Tibb Universiteti Onkoloji
Klinikasının təşəbbüşü ilə keçirilən bu aksiya Salyan, Qusar,
Beyləqan, Cəlilabad-Masallı, Biləsuvar sakinləri üçün təşkil
olunub. Cərrahi əməliyyat və daha geniş müayinə tələb edilən
vətəndaşların siyahısı icra hakimiyyəti və yerli xəstəxana
rəhbərliyi nəzarəti altında tərtib edilib Bakı şəhərinə cəlb
edilir. Aksiya zamanı müayinə edilmiş və müalicə təyin olunmuş
vətəndaşlarla mütəmadi əlaqə saxlanılır.

Növbəti aksiyalar haqqında məlumat Fondun müxtəlif
platformalarında yayımlanacaq.

Videoçarx: https://youtu.be/Ud3hAF1LehA

Mənbə:
https://nargisfund.com/az/activities/sosial-layih-l-r/bakidan-g-l-n-h-kiml-r-xocav-nd-s-h-rind-s-hid-qazi-v-azt-minatli-ail-l-rin-pes-kar-muayin-v-mualic-sini-h-yata-kecirib/

Teqlər: