“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə pasiyentlərin
rəğbətini qazanmış, Radiologiya şöbəsinin rəisi, uzman
həkim-radioloq Eldəniz Hüseynovu təqdim edirik.
r. ELDƏNİZ HÜSEYNOV Mərkəzi Gömrük Hospitalında ümumi
radiologiya, neyro radiologiya, döş qəfəsi radiologiyası, süd
vəzisi radiologiyası, fetal görüntüləmə, əzələ-dayaq sistemi
radiologiyası, uşaq radiologiyası, Kardika MRT, invaziv radiologiya
sahəsində bütün prosedurları həyata keçirir.
Dr.Eldəniz Hüseynov 2003-cü ildə Azərbaycan Tibb Universitetinin
Müalicə-profilaktika fakültəsini bitirib, 2003-2004-cü illərdə
Milli Onkologiya Mərkəzində internatura keçib, 2009-2014-cü illərdə
Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin
radiologiya kafedrasında uzmanlıq təhsili alıb.
Dr.Eldəniz Hüseynov bilik və bacarıqlarını artırmaq məqsədilə
2011-ci ildə Türkiyənin Antalya şəhərində Türk Ulusal Radioloji
konfransında, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Karotis
stentləmə kursunda, yenə həmin ildə Türkiyənin İstanbul şəhərində
Türk Radioloji Dərnəyinin aylıq simpoziumlarında, Ankarada isə Türk
Maqnit Rezonans Dərnəyinin 23-cü illik konfransında iştirak
etmişdir.
Dr.Eldəniz Hüseynov daim öz üzərində çalışır, dünya səhiyyəsinin
son nailiyyətlərini izləyir və öz təcrübəsində tətbiq edir. O,
həmçinin, Türkiyə Radioloji Dərnəyinin və Türkiyə Maqnit Rezonans
Dərnəyinin üzvüdür. Dr.Eldəniz Hüseynov 2014-cü ildən Mərkəzi
Gömrük Hospitalında Radiologiya şöbəsinin rəisi vəzifəsində
çalışır.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola
bilərsiniz: https://customshospital.az/eldeniz-huseynov/
Dr.Eldəniz Hüseynovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012)
404-08-08.