Luqansk vilayətinin Yubileynoe qəsəbəsindəki hospitala 300-ə yaxın vaqnerçi gətirilib, lakin həkimlər onları müalicə etməkdən imtina ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, gətirilənlərin əksəriyyəti QİÇS, sifilis, vərəm və pnevmoniya olduqları üçün həkimlər onlara tibbi yardım göstərməkdən imtina ediblər.