Gürcüstanın Həkimlər Şurası ölkənin üçüncü prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsini tövsiyə ediblər.
AzerTimes-ın Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ədliyyə Nazirliyindəki görüşdən öncə Şuranın üzvlərindən biri Zurab Paqava deyib.
Z.Paqava bildirib: “Biz onun xəstəxanaya yerləşdirilməsi məsələni qaldırdıq və hazırda bu məsələyə baxılır. Hər şeyi müzakirə etdik, tövsiyə verdik. Bu təcili deyil, ancaq vəziyyətinin ağırlaşma ehtimalı yüksək olduğu üçün biz xəstəxanaya yerləşdirilməsini tövsiyə etdik. Bu bir neçə saat ərzində həll ediləcək məsələ deyil, amma tezliklə baş verməlidir”.