Həkimlər ayağını tərs tikdilər

Həkimlər ayağını tərs tikdilər

Türkiyədə qəribə hadisə baş verib.

Keçirdiyi yol qəzası nəticəsində Səlcuq Universitetinin Tibb Fakültəsində müalicə alan Fevzi Aktaşın sol ayağının bud nahiyəsində qırıqlar və infeksiya meydana gəldiyi müəyyən edilib.

Sol ayağının tamamilə kəsiləcəyi dəqiqləşən Aktaşın protezi daha yaxşı istifadə edə bilməsi üçün bud hissədən kəsilərək ayağının tərsinə tikilməsinə qərar verilib.

Əməliyyatdan sonra sağlamlığına qovuşan Fevzi Aktaş ayağının hamısını itirməkdənsə, bu vəziyyətdə protezlə daha rahat yaşayacağına ümid edir.

ayagi-ters-tikilen-adam