Həkim səhlənkarlığı ilə bağlı Azərbaycanda 78 fakt üzrə cinayət
işi başlanılıb.
AzerTimes-ın məlumatına görə, bunu Baş Prokurorluğun Prokurorluqda
İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.
O bildirib ki, daxil olan müraciətlər əsasən həkim tərəfindən
xəstəxanaya müraciət etmiş şəxslərə düzgün diaqnoz qoyulmaması və
düzgün müalicə olunmamaması ilə bağlıdır.
“Bu cür faktlar dərhal nəzarətə götürülür və araşdırılır. Həkim
səhvləri ilə bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq madəsi ilə
cinayət işi başlanılır”, – idarə rəisi deyib.