Ötən il dekabrın 31-də və cari il yanvarın 1-də (şənbə və bazar günləri) yol qəzalarında 10 nəfər ölüb.
Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.