Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün
ərzində törədilmiş 104 cinayətin üstü “isti izlər”lə
açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin
olunub.
DİN-dən AzerTimes-a verilən məlumata görə, axtarışda olduğuna görə
ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan
42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş
vermiş, nəticədə 6 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 54,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.