Həftəsonu 760-dan artıq toyda monitorinq keçirilib, 6 nəfər cərimələnib

Xəbər - Samir Əli – Trend:

19-20 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida
Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika
ərazisində 763 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
monitorinq 758 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən
şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə
əsasən cərimə olunub.

1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə
rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması)
maddəsi ilə inzibati qaydada həbs edilib.


1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib.

1191 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə
buraxılmayıb.

Teqlər: