Xəbər - Samir Əli – Trend:
29-30 yanvar tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 737 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, monitorinq 726 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
181 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.