Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” Yarmarkası bu həftəsonu yenə fəaliyyətdə olacaq.

Bu barədə AzerTimes-a Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

O qeyd edib ki, 27-28 fevral tarixlərində saat 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkanın ünvanları:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Teqlər: