Həftə ərzində COVID-19-a yoluxma halları 8 faiz artıb – ÜST

Dünyada son bir həftə ərzində 11 milyondan çox insan
koronavirusa yoluxub, 43 mindən çox insan ölüb. Aşkar edilən
yoluxma hallarının sayı əvvəlki 7 günlə müqayisədə 8 faiz artıb,
ölənlərin sayı isə 17 faiz azalıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı
bildirib.

Bildirilib ki, yanvarın sonundan bəri müşahidə olunan
əhəmiyyətli bir azalmadan sonra yeni yoluxma hallarının sayı martın
7-dən 13-ə qədər olan həftədə 8 faiz artıb.

Qeyd olunub ki, son yeddi gündə əvvəlki həftə ilə müqayisədə 17
faiz az ölüm qeydə alınıb. ÜST-ə 11 407 714 nəfərin yoluxması
barədə daxil olub, 43 097 ölüm halı qeydə alınıb.