Xəbər - Humay Ağacanova – Trend:
Ölkə vətəndaşlarının sosial müdafiəsi daim nəzarət altındadır.
AzerTimes-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, son 2 ildə bütün dünya pandemik dövr yaşayır.
“Pandemiyanın ilk dövrlərindən çox qısa bir müddətdə ən müasir avadanlıqlarla təchiz olunan tibb müəssisələri koronavirus xəstələrinin xidmətinə verilib. Hazırda səhiyyə nazirliyi səhiyyə sektorunda tək faəliyyət göstərmir, digər qurumlar da mövcuddur. Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub. Orta müddətli hədəflərimiz səhiyyədə insan kapitalının gücləndirilməsidir”- deyə o əlavə edib