Hədəfimizə çatdıq: artıq Ukraynada silah yoxdur – Rusiya

Hədəfimizə çatdıq: artıq Ukraynada silah yoxdur – Rusiya

Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın məqsədinə – dövlətin demilitarizasiyasına nail olunduğunu söyləmək olar.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nin sessiyasında bildirib.

“Ukrayna ordusunun uzun müddətdir ki, öz silahları ilə döyüşmədiyini nəzərə alsaq, demək olar ki, bizim xüsusi əməliyyatımızın məqsədinə – Ukraynanın demilitarizasiyasına nail olunub”, – o vurğulayıb.

Nebenzyanın sözlərinə görə, ukraynalılar yalnız NATO ölkələrindən gələn təchizat sayəsində sağ qalırlar:

“Döyüş meydanındakı vəziyyət hazırda Ukrayna ordusu üçün fəlakətlidir və rus qoşunları Kiyevə hərəkət edən Qərb zirehli texnikasını məhv etməklə öz uğurlarını möhkəmləndirməyə davam edir”.

O, həmçinin qeyd edib ki, NATO ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakını inkar etmək mənasızdır və bunun üçün yüzlərlə sübut var.

Teqlər: