Biz döyüşün lap başlanğıcındayıq və düşmən əlavə qüvvələr cəlb etsə də, cənub cəbhəsində irəliləyişə nail ola bilmir.
AzerTimes xəbər verir ki, bunu Hizbullahın informasiya xidmətinin rəhbəri Məhəmməd Afif deyib.
O qeyd edib ki, Hizbullah üçün prioritet məsələ İsraili atəşi dayandırmağa məcbur etmək və onu məğlub etməkdir.
Afif vurğulayıb ki, Hizbullah döyüş potensialını qoruyub saxlayıb və indiyədək silahlarının yalnız kiçik bir hissəsindən istifadə edib.