Hədəf Rusiyanı çökdürmək deyil, budur – Sensasion iddia

Hədəf Rusiyanı çökdürmək deyil, budur – Sensasion iddia

Rusiyaya qarşı yeganə və həlledici sanksiya neft və qaz qiymətlərinin aşağı səviyyələrdə qalması ola bilərdi, hətta olmalı idi ki, birbaşa təsir etsin və dünyada da problemlər, inflyasiya yaranmasın.

AzerTimes xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli bölüşüb.

O, buna nail olmağın yollarını da paylaşıb:

1. İrana qarşı enerji sanksiyaları götürülürdü, nəticədə İranın neft bazarına çıxaracağı əlavə 2,5 mln. barrel neft qiymətləri aşağı səviyyədə tutmağa kömək edəcəkdi. Bundan başqa İranın böyük qaz potensialına investiya qoymaqla bu ölkənin dünyaya, əsasən AB ölkələrinə qaz nəqlini təşkil etmək olardı;

2. Venesuelaya qarşı sanksiyalar götürülməli idi, nəticə bu ölkə dünyaya indiki kimi günə 700-800 min barrel deyil də, 3 mln. barrel neft sata bilərdi, bu da qiymətləri aşağı salacaqdı;

3. Liviyada vətəndaş müharibəsi beynəlxalq güclər tərəfindən aradan qaldırılırdı, ölkə birləşirdi, nəticədə Liviya dünya bazarına əlavə 1-1,5 mln. barrel neft çıxara bilərdi;

4. OPEK təşkilatına qarşı beynəlxaq cinayət işi açılmalı, bu təşkilatın kartel sövdələşməsi ilə qiymətləri yüksəltmək cəhdi anti-inhisar qanunlarına və bazara nəzarət qaydalarına görə cinayət sayılmalı, qurum ləğv edilməli idi. Qurumun ölkələrə kvota qoymaq yetkisi tam əlindən alınmalıdır, OPEK ancaq neft bazarının elmi proqnozlaşdırılması, yeni texnologiyaların mübadiləsi işi ilə məşğul olmalıdır…

Ekspert qeyd edib ki, əgər dünyanın, ABŞ və AB-nin fikri Rusiyaya ziyan vurmaq idisə, məhz bu addımlar atılmalı idi, neft 30-40 dollar, qaz 150-200 dollar olsaydı, Rusiya iqtisadiyyatı maksimum 2 il bu qiymətlərə dözə bilərdi – başqa heç bir sanksiyaya ehtiyac qalmayacaqdı:

“Belə qiymətlər olsaydı və heç bir sanksiyalar qoyulmasaydı, bu gün dollar 180-200 rubl olardı, çünki Rusiya bazarını tərk edən şirkətlər ordan valyuta çıxamağı da dayandırır.

Etmədilər, öz ayaqlarına güllə vurdular, dünyada inflyasiyanı şişirt0dilər, çünki daha böyük gündəmləri, hədəfləri var – Yeni Enerji Keçidi. Bu keçidin baş tutması, özəl sektorun marağının artması üçün mütləq neft-qaz qiymətləri baha olmalıdır, ucuz ənənəvi enerji daşıyıcıları alternativ enerjiyə keçidin əsas düşmənidir. Həm də ucuz neft səyahətləri artırır, uçuşları çoxaldır, maşınlardan daha çox və daha intensiv istifadəyə səbəb olur ki, bu da qlobal gündəlik yaradan bir ovuc güclü oyunçular üçün yolverilməzdir, onların hədəflərinə uyğun deyil.

Deməli, əsas hədəflər başqadır, Rusiyanın aqressiyasının qarşısına almaq deyil, çünki bu gün baha neft-qaz qiymətləri Rusiyaya sanksiyalardan öncəki zamana görə 2,5 dəfə daha çox pul qazandırır, həm də enerjinin fiziki azlığı, çatışmazlığı Rusiyaya əlavə təzyiq alətləri verir”.

Teqlər: