Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 577-yə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi (AFP) məlumat yayıb.
Adının açıqlanmasını istəməyən iki ərəb diplomatı ölənlərdən ən azı 323-nün Misir vətəndaşı olduğunu bildirib. Onların ölümünün əsas səbəbi şiddətli istilər olub.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ölən zəvvarlardan 60 nəfəri iordaniyalıdır.
Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkə Böyük Məscidində 51,8 dərəcə isti qeydə alıb.