Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı şiddətli istilər səbəbindən ölən zəvvarların sayı 1000-i ötüb.
AzerTimes xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi (AFP) məlumat yayıb.
Qeyd edək ki, bu il Məkkədə Həcc ziyarəti günlərində 52 dərəcə isti qeydə alınıb.