Macarıstanın Baş naziri Viktor Orban slovakiyalı həmkarı Robert Fitsonun məruz qaldığı hücum fonunda onun şəxsi təhlükəsizliyini təmin etməyə kömək etsə də, hələ də gülləkeçirməz jiletlə ictimaiyyət qarşısına çıxmayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Blikk” nəşri məlumat yayıb.
Nəşrə müsahibəsində ictimai çıxışları zamanı gülləkeçirməz jilet geyinib-geyinməyəcəyi ilə bağlı sualı cavablandıran hökumət başçısı deyib:
“Heç vaxt geyinməmişəm, indi də geyinməyəcəm”.