Şanlı tariximizin ən mühüm dönüş nöqtələrindən biri olan Böyük Qələbənin 100-cü ildönümündə döyüş yoldaşlarımızı və müqəddəs şəhidlərimizi rəhmətlə yad edirik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qəhrəman şəhidlərimizdən aldığımız ilhamla qarşımıza qoyulan hədəflər istiqamətində irəliləməyə, iqtisadiyyat, müdafiə və diplomatiya başda olmaqla, hər sahədə güclənməyə davam edirik. Qlobal pandemiya böhranından böyük ruh yüksəkliyi ilə çıxmış ölkəmiz bölgəsindəki münaqişələri də uğurla idarə edir, sülhün və sabitliyin yenidən bərqərar olması üçün bütün dünya tərəfindən təqdir olunan diplomatik gedişlər həyata keçirir. Nə qəyyumların hiylələri, nə də qanlı terror təşkilatlarının hücumları məzlumların da ümidi olan, güclənən Türkiyənin qurulmasının qarşısını ala bilməyəcək”, – Ərdoğan bildirib.