Hakimiyyətdən heç kim Avropa Birliyinin Gürcüstanda ikinci cəbhə yaratmaq istədiyini dilə gətirməyib.
AzerTimes xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, bu barədə başqa hakimiyyət üzvlərinin deməsi şübhə yaradır:
“Hakimiyyət nümayəndələri heç vaxt belə bir şey deməyib. Baxmayaraq ki, bizdə belə məlumatlar ola bilər, lakin hakimiyyət tərəfindən belə bir şey deyilmədiyi bir vaxtda başqa hakimiyyət nümayəndələri bunu söyləyirsə, burada da müəyyən şübhələr ortaya çıxır”.