Rusiya ilə İran arasındakı münasibətlər möhkəm dostluğa əsaslanır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
O bildirib ki, heç kim Rusiya və İran arasında nifaq sala bilməz:
“İranın suveren dövlət kimi öz xarici siyasətini müstəqil qurmaq hüququ var. Biz də öz növbəmizdə bildiririk ki, düşmənlərin iki ölkə arasında gərginlik yaratmaq cəhdlərinə baxmayaraq, Rusiya-İran münasibətləri möhkəm dostluq və mehriban qonşuluq zəmininə əsaslanır”.