Xəbər - Fərid Zöhrabov -Trend:
Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad etdi. Şanlı Zəfər nəticəsində bu gün biz Cənubi Qafqaz regionunda sülhün bərqərar olması və çiçəklənməsi məsələsini müzakirə edirik.
Trend xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.
Azərbaycanın Ermənistana sülh müqaviləsi təklif etdiyini bildirən Binəli Yıldırım qeyd edib ki, heç kim bu sülh müqaviləsinə qarşı çıxmamalıdır. Sülh razılaşması nəticəsində Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşması istiqamətində hər hansı problem qalmayacaq. Türkiyə bu münaqişənin həlli istiqamətində region ölkələri ilə geniş iş aparır. Region dövlətləri arasındakı əməkdaşlıq, qarşılıqlı anlayış mühitində Cənubi Qafqaz regionu daha da inkişaf edəcək.