Heç kəs bir faktı inkar edə bilməz ki, Bakı ilə… – Vuçiç

Heç kəs bir faktı inkar edə bilməz ki, Bakı ilə… – Vuçiç

Biz Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk və bu mövqeyə çox hörmətlə yanaşırıq.

AzerTimes xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı çıxışında deyib.

Onun sözlərinə görə, vətəndaşlar arasında əlaqələr inkişaf edir:

“Dostluğumuz həm Sizin, həm də bizim tərəfdə görülən konkret işlərdə öz təzahürünü tapıb. Serbiyanın ərazi bütövlüyünə hər zaman verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Biz də Azərbaycanın çətin, ağır vaxtlarında eyni mövqedən çıxış etmişik. Azərbaycan bizim çoxdankı dostumuzdur və ümidvaram ki, bundan sonra da biz münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Heç kəs bir faktı inkar edə bilməz ki, biz yaxın dostuq, yaxın dost kimi qalırıq. Bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini artırmaq üçün əlimizdən gələni edəcəyik”.

Teqlər: