Heç bir rüsum inflyasiya səviyyəsindən yüksək müəyyənləşdirilmir – Nazir müavini

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda elə bir hal yoxdur ki, hansısa rüsum inflyasiya səviyyəsindən yüksək müəyyən edilsin.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə nail olunub:

“Dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır. Bunların təyin olunduğu dövrdən indiyə qədər bəzilərində dəfələrlə, bəzilərində isə daha aşağı rüsumlar müəyyən etmişik. Elə hal yoxdur ki, biz inflyasiya səviyyəsindən yüksək kiməsə rüsum müəyyən edək”.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Teqlər: