İsrailin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbədən sonra Təl-Əvivin dünyanın müxtəlif yerlərindəki səfirlikləri artıq təhlükəsiz deyil.
AzerTimes xəbər verir ki, bunu İranın ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi deyib.
“Konsulluğa hərbi hücum və Suriyanın dəvəti ilə qanuni olaraq orada olan İran müşavirlərinin ölümü beynəlxalq hüququn pozulmasıdır və heç bir İsrail səfirliyi artıq təhlükəsiz deyil”, – Səfəvi bildirib.