İsrail heç bir halda Qəzza zolağında təhlükəsizliyə nəzarətdən əl çəkməyəcək.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə İsrail Baş naziri Benyamin Netanyahu çıxış edib.
“Qəzza demilitarizasiya olunacaq. Artıq İsrailə Qəzza zolağından təhlükə olmayacaq. Buna zəmanət vermək üçün İsrail Müdafiə Qüvvələri Qəzzada təhlükəsizliyə nəzarəti təmin edəcək. Mən heç bir halda təhlükəsizliyə nəzarətdən imtina etməyə razı olmaram”, – Netanyahu qeyd edib.