Ədliyyə nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının
həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin
Müalicə müəssisəsinə psixotrop və narkotik maddələrin keçirilməsi
cəhdinin qarşısı alınıb.
Bu barədə AzerTimes-a Xidmətdən məlumat verilib.
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs
edilmiş Hünər Şabanəli oğlu Cəfərova tanışı İlham Səlim oğlu Əliyev
tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman xüsusi üsulla
gizlədilmiş 1 kq qəndin içərisində səpilmiş formada ümumi çəkisi
0,905 qram psixotrop maddə – metamfetamin və bişirilmiş toyuğun
içərisində 0,817 qram miqdarında narkotik maddə – tiryək aşkar
edilib.
Faktla bağlı araşdırma aparılır.