Həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısı alındı

Həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısı alındı

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən AzerTimes-a bildirilib ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 12 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Ayxan Zamanova atası İlqar Zamanov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı orada olan tər əleyhinə vasitənin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,21 qram olan narkotik vasitə-marixuana aşkar edilib.

Teqlər: