İran həbsxanalarında bir sıra məhkumları etiraf verməyə məcbur etmək üçün süni edam icra edilir ki, bu da işgəncənin ən dəhşətli növlərindən biridir.
AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları keçmiş məhbuslara istinadən hazırladıqları hesabatda bildiriblər.
Hesabata görə, etiraf etməyən məhkumlar dar ağacına aparılır, onların boğazına ip salınır və danışmayacaqları təqdirdə edam ediləcəkləri deyilir.
Süni edama məruz qalanlar arasında azəraycanlı idmançı, 2022-ci ilin etiraz aksiyalarında həbs olunan Səhənd Nurməhəmmədzadənin də adı var. O, törətmədiyi cinayəti etiraf etməsi üçün 3 dəfə boğazına ip salındığını deyib.