Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı ictimai fəal, insan haqları müdafiəçisi Yaşar Təbrizinin ailəsi ilə görüşü və telefon əlaqəsinə qadağa qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, 40 gündür qeyri-müəyyən şəraitdə, nədə ittiham edildiyi açıqlanmadan həbsdə saxlanılan fəalın girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmasına icazə verilmir.
Qeyd edək ki, Yaşar Təbrizi bundan əvvəl də bir neçə dəfə mədəni dinc fəaliyyətlərinə görə həbs edilib.