Rusiya əsilli milyarder, Teleqram qurucusu Pavel Durov həbs olunduqdan sonra ilk dəfə Parisdə görünüb.
AzerTimes-ın “ParisMatch”a istinadən məlumatına görə, Durov sevgilisi Yuliya Vavilova ilə birlikdə Yelisey meydanında görüntülənib.
Teleqramın yaradıcısı Parisdə məskunlaşıb.
Qeyd edək ki, 24 avqustda saxlanılan Durov avqustun 28-də məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Onun Fransa ərazisini tərk etməsi qadağandır.