Həbsdə olan təbrizli vəkil aclıq aksiyasına başladı

Həbsdə olan təbrizli vəkil aclıq aksiyasına başladı

Oktyabrın 15-də İranın hökumət qüvvələri tərəfindən saxlanılaraq Təbriz zindanına köçürülən azərbaycanlı vəkil Qasım Bodi aclıq aksiyasına başlayıb.

AzerTimes xəbər verir ki, Qasım Bodi bu addımı həbsxanada qeyri-müəyyən vəziyyətdə qanunsuz olaraq saxlanılmasına, məhkəmə işinə baxılmamasına və hüquqlarının pozulmasına etiraz əlaməti olaraq, atdığını bildirib.

Qeyd edək ki, onunla birlikdə həbs edilən Sina Yusifi və Əmir Mehdipur oktyabrın 27-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad ediliblər. Qasım Bodi “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olma” və “hakimiyyət əleyhinə təbliğat aparmaq”da ittiham olunur.

Xatırladaq ki, vəkillərin həbsi bir neçə gün öncə tanınmış azərbaycanlı vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət qüvvələri tərəfindən tutulduğunu və həbs edilənlərin azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib.

Teqlər: