Həbsdə olan sabiq icra başçısı yenə əməliyyat olundu: Vəziyyəti ağırdır

Xəbər - Samir Əli – Trend:

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədov
üçüncü dəfə əməliyyat olunub.

AzerTimes-ın məlumatına görə, sabiq başçı yenidən ürək əməliyyatı
keçirib. Əməliyyat Bakı Sağlamlıq Mərkəzində olub. Məlumata görə,
Q.Səmədovun səhhəti hazırda ağırdır.

Qeyd edək ki, sabiq icra başçısı iki dəfə Mərkəzi Klinik
Xəstəxada ürək əməliyyatı keçirib.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi
Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla
saxlanılıb.


O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda
təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli
bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay
azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin
səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.

Teqlər: